Ev kirayəsi şirkəti Airbnb-nin səhmlərinin ilkin kütləvi təklifi (İPO) başlayır.

Marja xəbər verir ki, şirkətin 35 milyard dollara qədər bazar dəyərinə çata biləcəyi nəzərdə tutulur.

Airbnb, çərşənbə axşamı günü yaydığı açıqlamada satmağı planlaşdırdığı 50 milyon səhimin cəmi 35 milyard dollar ətrafında dəyərə çata biləcəyini qeyd edib.

Baş ofisi San Fransiskoda yerləşən şirkətin bir səhminin 44-50 dollar ətrafında qiymət alacağı gözlənilir.

Airbnb-ni 2008-ci ildə quran Brian Chesky, Joe Gebbia və Nathan Blecharczyk satışdan sonra şirkətin 43%-nə sahib olacaqlar.