Dünyanın ən böyük neft şirkətlərindən biri olan “Exxon Mobil”, aktivlərinin kütləvi satışına hazırlaşır. Reuters agentliyinin verdiyi məlumata görə, korporasiya 25 milyard dollarlıq səhm satmaq istəyir.

“Exxon Mobil” şirkətinin sözçüsü bu mövzuya şərh bildirməkdən imtina edib. Qeyd edildiyi kimi, şirkətin səhm satmaqda əsas məqsədi bir neçə layihəyə fokuslanmaqdır.

Şirkətin satmağa hazır olduğu aktivlərin siyahısı bir neçə ay əvvəl tərtib edilib. Siyahıya Norveç, Almaniya və Rumıniya da daxil olmaqla 11 ölkədə yerləşən obyektlər daxil olmuşdur. “Exxon Mobil” İndoneziya və Malayziyadakı layihələrdən çıxaraq həmçinin Cənub-Şərqi Asiyadakı səhmlərini azalda bilər. Afrikaya gəldikdə isə şirkət Çad, Ekvatorial Qvineya və qismən də Nigeriyadakı biznesini satmaq niyyətində olduğunu bildirib.