Aprelin 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,12% – 22,653.86 bəndədək, Nasdaq indeksi 0,33% – 7,887.26 bəndədək, S&P 500 indeksi isə 0,16% – 2,659.41 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında aprelin 7-də FTSE 100 indeksi 2,19% – 5,704.45 bəndədək, Fransa CAC-40 indeksi 2,12% – 4,438.27 bəndədək, Almaniya DAX-ı isə 2,79% – 10,356.70 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,24% artaraq 1 685,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1% artaraq 1,0901 dollar təşkil edib.