ABŞ prezidenti Donald Tramp ölkənin Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) iqtisadi proqnozlarını yenidən tənqid edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti “Twitter”dəki səhifəsində bildirib.

“FED tez-tez səhv edir. ABŞ-ın iqtisadi artım sürəti üçüncü rübdə gözləntiləri üstələyəcək.”, – Tramp qeyd edib.

Ağ Ev lideri qeyd edib ki, ABŞ-da tezliklə yeni növ koronavirus infeksiyasından müalicə üçün peyvənd hazır olacaq.

Bundan əvvəl, ABŞ prezidenti Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcəsini rəqib ölkələrin səviyyəsinədək endirməyə çağırıb.