Bu gün Fedin gələn həftəki kritik toplantısından öncə son mühüm göstərici – kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır.

Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Fevral ayı məşğulluq göstəricisinin 190 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatı məşğulluq 227 min artmışdı.

Eyni zamanda ABŞ-da işszilik nisbətinin 4,7%-ə düşəcəyi, orta saatlıq maaşların 0,3% artacağı gözlənir. Yanvarda ABŞ-da işsizlik 4,8% olmuş, orta saatlıq maaşların artımı isə 0,1% təşkil etmişdi.

Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa Dolların bahalaşacağı və Fed-in 15 Martda faiz artıracağı ehtimalının daha da güclənəcəyi gözlənilir.

Fed Sədri Janet Yellen daxil Fed səlahiyyətlilərinin “şahin tonlu” açıqlamalar verərək bu aykı iclasda faizin artırıla biləcəyini  deyiblər.

Bu həftə ABŞ özəl sektor məşğulluq göstəricisi də gözləniləndən daha yaxşı çıxıb.

marja.az