ABŞ-da birjada səhmlərin ilkin kütləvi yerləşdirilməsi (İPO) baxımından Dekabr ayı indiyədək ən güclü ay olacaq. Uzun zamandır birjaya çıxacaqları gözlənilən DoorDash Inc. və Airbnb Inc. bu həftə ticarət olunmağa başlayırlar.

Marja xəbər verir ki, hər iki şirkət səhm satışı ilə cəmi 6.2 milyard dollar cəlb etməyi hədəfləyirlər. Həmçinin bu ay Affirm Holdings Inc., Roblox Corp. və ContextLogic Inc. ilk dəfə səhm satacaqlar. Dekabrdakı aylıq şirkət İPO-su həcmi indiyədəkən ən yüksək aylıq məbləğ olacaq. 2001 və 2003-cü illərdə aylıq şirkət İPO-su 8,3 milyard dollar ilə rekord qırmışdı.

ABŞ birjalarındakı İPO-ların məbləği bu il 156 milyard dollar ilə hal-hazırda rekord qırmış vəziyyətdədir.

Səhmlərin satışa çıxarılması yolu ilə DoorDash 3,1 milyard dollar,  Airbnb də 3,1 milyard dollar cəlb etməyi nəzərdə tutur.

Ev kirəyəsi üzrə xidmətlər təklif edən Airbnb şirkəti 42 milyard dollarlıq bazar dəyəri hədəfləyir. Restoranlardan evlərə və iş yerlərinə çatdırma xidmətləri göstərən DoorDash-ın bazar dəyəri isə 35 milyard dolları çata bilər.

Affirm Holdings Inc., Roblox Corp. və ContextLogic Inc. şirkətlərinin hər birinin on milyardlarla dollarlıq dəyərə çatacaqları gözlənilir.