ABŞ Mərkəzi Bankının (Fed) Boston şöbəsinin Sədri Erik Rosengren, ölkədə iqtisadi şərtlərin daha nizamlı faiz artımlarına imkan verəcəyini bildirib.

 
Fedin hədəfləri olan 2 faiz inflyasiya və tam məşğulluğa bu il sonunda çatacağını proqnozlaşdıran Rosengren, “Bu səbəblə, hələ də mərhələli, ancaq qismən daha nizamlı faiz artımlarının gələcəyinə inanıram” – deyib.
Maliyyə böhranından sonra uzun müddət aşağı faiz siyasətinin ən böyük dəstəkçiləri arasında yer alan Rosengren, ötən ilin sentyabr ayında Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısında faiz artımına səs verərək mövqe dəyişdirmişdi. Rosengren, bazarları təəccübləndirən “şahinləşməsini” iqtisadi mənzərənin dəyişməsi ilə açıqlamışdı.
Boston Fed Sədri Erik Rosengrenin bu il FOMC-də səsvermə hüququ yoxdur.

marja.az