Bu gün Avropa Mərkəzi Bankının yığıncağı keçiriləcək. “Marja” xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) bugünkü yığıncağında faizlərdə dəyişiklik ediləcəyi gözlənilmir. Bank faiz qərarı Bakı vaxtı ilə saat 16:45-də açıqlanacaq. 

 

Bankın yeni sədri Christine Lagarde-ın (Kristin Laqard) çıxışı bazarların diqqət mərkəzində olacaqdır.

 

İqtisadçılar, Lagarde-ın yaxşı bir natiq olaraq önə çıxdığını, ancaq yeni sədr olaraq mərkəzi bankın dilini öyrənməyə çalışdığını, pul siyasəti mövzusundakı ifadələrinin səhv anlaşıla bilinəcəyini ifadə edirlər.

 

“ING Group”un Baş iqtisadçısı Peter Vanden Houte, Lagarde-ın AMB-in yeni sədri olaraq ilk pul siyasəti yığıncağını keçirəcəyini xatırladaraq, bazarlarda yığıncaq əvvəlindəki həyəcanın; siyasətə dair ola biləcək dəyişikliklərdən ötəri deyil, Lagarde-ın ünsiyyətinin Mario Draghi ilə müqayisədə necə olacağından qaynaqlandığını söyləyib.

 

Houte, Avro Bölgəsi iqtisadiyyatının bir az sabitləşdiyini, ancaq hələ kövrək səviyyələrdə olduğunu və inflyasiyanın AMB-nin hədəflərindən uzaq qaldığını qeyd edərək, bankın pul siyasətinə dair duruşunu nizamlaması mövzusunda az qala heç bir iqtisadi arqumentin olmadığını qeyd edib.

 

Houte, bir çox AMB rəsmisinin hazırkı pul siyasəti duruşundan məmnun göründüyünü dilə gətirib.

 

AMB-nin hazırkı yumşaq ünsiyyətinin dəyişməsinin sürpriz olacağını bildirib. 

 

“Commerzbank”ın iqtisadçısıs Michael Schubert isə AMB-nin “gözlə-gör” tərzi bir mövqe nümayiş etdirəcəyini nəzərdə turtur. Schubert, AMB-nin 2020-in ilk yarısında strategiyasını nəzərdən keçirməyə başlaya biləcəyini söyləyib.

 

Schubert, Lagarde-ın, pul siyasətini sıravi insanlar üçün daha aydın olacaq hala gətirmək istədiyini və pul siyasətini yalnız maliyyə bazarlara deyil, küçədəki sıravi insanlara da izah etmək strategiyasını tətbiq edəcəyini söyləyib.

 

Lagarde-ın hələ mərkəzi bank dilini öyrənməyə çalışdığını bildirən Schubert, maliyyə bazarlarının Lagarde-ın ifadələrini səhv abaşa düşməsi kimi bir risk olduğunu qeyd edib.