Honq Konq Birjasına təqdim edilən məlumata görə, Evergrande, HengTen Networks Group Ltd-dəkı bütün payını olduqca böyük bir zərərlə satmağı planlaşdırır.

Honq Konq Birjasına verilən məlumata görə, daşınmaz əmlak nəhəngi China Evergrande Group, HengTen Networks Group Ltd.-dəki bütün payını böyük itki ilə satmağı planlaşdırır. Evergrande likvidlik böhranı başlayandan bəri ilk dəfə olaraq Honq-Konq Birjasında işlək bir şirkəti satmağa razılıq verib.

Marja.az xəbər verir ki, Evergrande sözügedən səhmləri Allied Resources Investment Holdings Ltd.-yə hər səhm üçün 1,28 Hong Kong dollarına satacaq. Şirkət bu satışdan 273 milyon dollar əldə edəcəyini, eyni zamanda 8,5 milyard HK$-ı (1,1 milyard dollar) qədər zərər gözlədiyini də  bildirib. Evergrande sentyabr ayında regional Çin bankındakı payını təxminən 1,6 milyard dollara satmaq barədə razılığa gəlmişdi.

Digər xəbərlərə görə, daşınmaz əmlakın inkişafı şirkəti Agile Group Holdings Ltd. səhmlərilə dəyişdirilə bilən istiqraz emisiya edəcək. Daşınmaz əmlakın idarə edilməsi üzrə şirkət – Country Garden Services Holdings Co.-nun  Honq Konq birjasında əməliyyatları heç bir səbəb olmadan dayandırılıb.

Vəsait cəlb etmək üçün cəhdlər və Pekinin siyasət tədbirlərini son zamanlar yumuşaltması, bazarlarda Çinin əmlak sektorunda yaşanan böhranda ən pisin geridə qalıb- qalmadığı sualını önə çıxarır.

Hazırda Goldman Sachs Asset Management, Oaktree Capital Group və Asiyanın ən qədim hedcinq fondlarından biri sərfəli fürsət axtarışındadırlar.