ABŞ-da keçirilən seçkilərdə səslər sayılarkən Şanqhay Fond Birjasında (SSE) bugünkü hərracda sabit artım qeydə alınıb.

“Report” xəbər verir ki, əsas indeks olan “Shanghai Composite” dünən 0,19 faiz artdıqdan sonra bu gün 1,3 faiz artaraq 3320,13 bəndə yüksəlib. Həmçinin 50 ən iri şirkəti əhatə edən “SSE 50” məcmu indeksi də 1,12 faiz artıb.

Ümumiyyətlə, bu gün keçirilən hərracda telerabitə texnologiyalarına dair məcmu indeks 4 faiz, daşınmaz əmlak, sənaye, istehlak kimi sahələrə dair isə 2 faizdən çox artım göstərib.

Həmçinin ölkənin ikinci ən iri platformu olan Şenjen Fond Birjasında (SZSE) da başlıca indeks olan “Shenzhen Component” də 1,72 faiz artaraq 13.894,26 bəndə yüksəlib, “CSİ 300” məcmu indeksi isə 1,48 faiz artıb.

Yerli ekspertlərin qənaətincə Çinin qitə ərazisinidəki birjalara ABŞ-dakı seçkilərin birbaşa təsiri məhduddur.