Kanadanın market qrupu “Couche-Tard”ın Fransanın “Carrefour” şəbəkəsini 20 milyard dollara satın alması üçün aparılan danışıqların nəticəsiz sona çatması ilə “Carrefour” şirkətinin səhmləri kəskin ucuzlaşıb.

Marja xəbər verir ki,  “Couche-Tard”ın Fransanın pərakəndə satış nəhəngi “Carrefour”u 20 milyard dollara satın almaq təklifinə Fransanın Maliyyə Nazirliyi qarşı çıxıb. Bununla əlaqədar olaraq şirkətin səhmləri 7.6%-ə qədər düşüb.

Səhmlər Bakı vaxtı ilə saat 14:35-də səhmlər 5.9% ucuzlaşma ilə 15.64 Avrodan ticarət olunub.

Rəqibi olan “Casino” şirkətinin səhhmləri və payı olan “Rallye”ın səhmləri də ucuzlaşıb. “Casino”nun səhmləri 1.7%, “Rallye”nin səhmləri 0.9% düşüb.

Analitiklərə görə, Fransa hökuməti bu birləşmənin “Carrefour” işçilərinə və tədarükçülərinə mənfi təsir edəcəyinə dair narahat ola bilər.

Fransanın Maliyyə Naziri Bruno Le Maire Cümə günü bu satınalmaya qətiliklə qarşı olduğunu açıqlamışdır.