“Bybit Fintech” tərəfindən idarə olunan kriptovalyuta birjası ticarət həcminə görə dünyada ikinci yerə yüksəlib, “Bloomberg” yazır.

Qeyd edilir ki, “Bybit”in ticarət həcmindəki payı oktyabr ayından bəri iki dəfə artaraq 16%-ə çatıb, bu da ona mart ayında ABŞ lideri “Coinbase”i keçməyə kömək edib. Hal-hazırda “Bybit” ticarət həcminə görə yalnız “Binance Holdings”dən geri qalır.

Şirkətin həmtəsisçisi və baş direktoru Ben Zhou “Bloomberg”ə verdiyi müsahibədə “Bybit”in böyüməsinin “FTX”in buraxdığı boşluğu oldurması ilə əlaqəli olduğunu söyləyib.