Bu gün ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclası başa çatacaq.

 

Marja” xəbər verir ki, Fed Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaqdır.

 

İqtisadçılar Fed-in faiz dəyişikliyinə getməyəcəyini və faizi 2,25-də saxlayacağını gözləyirlər.
ABŞ iqtisadiyyatında güclü iqtisadi artım və inflyasiyanın yüksəlməyə başlaması ilə 2018-də üç dəfə faiz artıran Fed-in, Dekabr ayında da faiz artıracağı gözlənilir. Fed rəsmilərinin proqnozuna görə, 2019-da daha iki dəfə faiz artırlacaqdır.

Analitiklər bildirirlər ki, Fed-in “şahin” mövqeyini qoruması dolları böyük bir ehtimalla dəstəkləyəcəkdir.  İnflyasiya təzyiqinin artması və iqtisadiyyatın həddən artıq “qızması” riski səbəbilə ABŞ-da faizin artırılmasına ehtiyac var.
 

Vaxt Valyuta Hadisə Proqnoz Əvvəlki
23:00   USD Federal Açıq Bazar Komitəsinin (FOMC) Açıqlaması    
23:00   USD Federal Fond Hədəf Nisbəti 2,25% 2,25%