Bu gün Bakı vaxtı ilə saat 23:00-da ABŞ Mərkəzi Bankı (FED) 2024-cü ilin ilk faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, FED-in faiz dəhlizində dəyişiklik etməyəcəyi, 5,25% – 5,50% səviyyələrində saxlayacağı gözlənilir.

Bazarlar üçün mühüm olan, FED-in nə vaxt faizlərini azaltmağa başlayacağıdır. FED-in açıqlamasında və qərardan sonra keçiriləcək mətbuat konfransında bu baxımdan ipucları axtarılacaqdır.