Bu gün qlobal bazarlar üçün çox önəmli statistik məlumatlar – ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq və işsizlik göstəriciləri açıqlanacaqdır.

 

“Marja” xəbər verir ki, Noyabr ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun 186 min artması, işsizlik nisbətinin isə 3,6% təşkil etməsi gözlənilir.

Oktyabrda ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 128 min artmış, işsizlik 3,6% təşkil etmişdi.

Məşğulluq və işsizlik göstəricisi ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarı prosesində baxdığı mühüm məlumatlardan biridir.

Əgər açıqlanacaq məşğulluq göstəricisi proqnozdan (186 mindən) aşağı olarsa Dollar ucuzlaşa, yuxarı olarsa  bahalaşa bilər.

Məlumat Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.

Kənd təsərrüfatı xaric məşğulluq – kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.