“Binance” birjasının analitika şöbəsinin mütəxəssisləri hesab edir ki, əsas rəqəmsal valyuta bir də 2019-cu ilin minimal qiymət göstəricilərinə geri qayıtmayacaq. Bu barədə  “RBC” agentliyinə istinadən məlumat verir.

“Binance Research” departamentinin ekspertləri əmindir ki, “bitcoin”-in güclü qiymət korreksiyası, “dib” adlanan hissə geridə qalıb. Onlar kriptobazarda özünü göstərən “sürü effektinə” görə rəqəmsal valyutaların bir-birinə nisbətən yüksək korrelyasiya dərəcəsini sübut edə biliblər.

Analitiklərin fikrincə, “altcoin” və “bitcoin”-lərin ABŞ dollarına nisbətdə qiymət korrelyasiyası müəyyən müsbət qiymət göstəricisinə çatdıqda, belə bir böyük ehtimal yaranır ki, ilk kriptovalyutanın trendi geri dönməyə başlaya, ya da ən azından əvvəldən göstərilən istiqamətdə hərəkəti dayandıra bilər. Lakin mütəxəssislər hesabatda bunun sadəcə ehtimal olduğuna və dəqiq qarşılıqlı əlaqəni müəyyənləşdirmək üçün hələ çox tez olduğuna aydınlıq gətiriblər.

“Kriptovalyuta bazarının qısa tarixini nəzərə alsaq, korrelyasiya pikləri və bazar dönüşləri arasında səbəb-nəticə əlaqəsinin olduğunu, ya da bunun əslində bazar dönüşləri zamanı sürü effekti olduğunu söyləmək hələ çox tezdir”, – “Binance” bildirib.

2019-cu il başlayandan bəri birinci kriptovalyuta 40%-dən çox bahalaşıb. Əsas artım aprel ayına təsadüf edib. Digər “altcoin”-lər də mübadilə yüksəlişi ilə bağlı müsbət nəticələr nümayiş etdirir.

“Binance Research” mütəxəssisələrinin iddialarına əsasən, kriptovalyutaların daxili korrelyasiya qiyməti 2018-ci il ayı bazarında xeyli artıb. Onda sənayedə aktivlərin sayını adekvat şəkildə qiymətləndirməyən çoxlu sayda oyunçu olduğu xüsusilə nəzərə çarpmağa başlayıb. Bu da tranzaksiya həcminin artımasına, volatillik artımına, köpüklərin yaranmasına, hərdən isə əsassız dərin enişə səbəb olur.

Birja analitikləri hesab edir ki, ötən il baş verənlər təkrarlana bilər. 2018-ci ildə bazarda pessimist əhval-ruhiyyə ən yüksək həddə çatmışdı. Oxşar hadisə indi də baş verə bilər. Lakin verilmiş halda yuxarıya dönüş olmalıdır.

Bu gün kapitallaşma səviyyəsinə görə ən əhəmiyyətli kriptovalyutalar yaşıl zonada yerləşir. “Bitcoin” sutka ərzində 2,41% bahalaşaraq 5184 dollara çatıb. “Ethereum” 3,20% artıb. İndi onun dəyəri 168 dollar həcmində qiymətləndirilir. XPR 1,17% bahalanaraq 0,32 dollara qalxıb.

Ötən həftə “BitMEX” birjasının təsisçisi və başçısı Artur Heyes (Arthur Hayes) bildirib ki, yaxın illərdə “Bitcoin”-in qiyməti 50 min dollara çatacaq. Ekspertin sözlərinə görə, gələcək beş ildə hökumətin nəzarəti artacaq. Kriptovalyuta maliyyə məxfiliyini saxlamağa kömək edən son aktivə çevriləcək, bu səbəbdən ona tələbat artacaq.

@Fins.az