Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslər yüksəlib.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 199,42 bənd artaraq 32 619,48 bəndə, “Standard & Poor 500” indeksi 20,38 bənd artaraq 3 909,52 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 15,79 bənd artaraq 12 977,68 bəndə yüksəlib.

WTI markalı neftin aprel fyuçersləri 4,4 faiz (2,52 ABŞ dollar) ucuzlaşaraq 58,34 ABŞ dollarından satılıb.