Bakı Fond Birjasında (BFB)  ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.

Bakı Fond Birjasından  daxil olmuş məlumata görə, 2019-cu ilin yanvar-iyul ayları üzrə, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 5 milyard 401 milyon manatlıq dövriyyə ilə birinci olub.

İkinci yerdə 1 milyard 867 milyon manat dövriyyə ilə “AzFinance İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə  1 milyard 2017 milyon manat dövriyyə ilə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, dördüncü yerdə isə 1 milyard 9 milyon manat dövriyyə ilə “İnvest-Az İnvestisiya Şirkəti” QSC olub.

BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi (2019-cu ilin yanvar-iyul ayları üzrə)

@Marja