Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 153 925 633 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azdır.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları üzrə yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 41%, korporativ qiymətli kağızlar bazarı üzrə 90%, repo əməliyyatları üzrə 44%, səhmlər üzrə ilkin bazarda isə 100 misli böyümə qeydə alınıb.

Cari ilin avqust ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası cari ilin əvvəlinə nəzərən 6% artaraq 2 603 005 079 manata yüksəlib.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli

Bazarlar / Əməliyyatlar

31.08.2020-ci il tarixinə

31.08.2019-cu il tarixinə

 Əqdlərin həcmi (manatla)

 Əqdlərin sayı

Əqdlərin həcmi (manatla)

 Əqdlərin sayı

1. Dövlət qiymətli kağızları

4,661,155,069

1,010

8,531,919,868

1,421

1.1. İlkin bazar

4,118,908,156

617

7,926,399,306

1,046

Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi)

607,808,001

219

482,747,696

243

ARMB* qiymətli kağızları

3,511,100,156

398

7,443,651,609

803

1.2. Təkrar bazar

542,246,912

393

605,520,563

375

Dövlət istiqrazları

333,207,355

362

394,397,269

331

ARMB qiymətli kağızları

209,039,557

31

211,123,294

44

2. Korporativ qiymətli kağızlar

1,421,188,503

1,503

746,683,838

1,554

2.1. İlkin bazar

185,433,430

72

95,191,202

40

2.1.1. Səhmlər

30,000,000

53

300,000

2

2.1.2. İstiqrazlar

155,433,431

19

94,891,202

38

–  İpoteka istiqrazları

150,533,431

8

80,503,413

12

–  Digər istiqrazlar

4,900,000

11

14,387,789

26

2.2. Təkrar bazar

1,235,755,072

1,431

651,492,636

1,514

2.2.1. Səhmlər

8,809,370

1,108

1,413,716

1,135

2.2.2. İstiqrazlar

1,226,945,702

323

650,078,920

379

–  İpoteka istiqrazları

1,209,644,837

72

618,992,013

29

–  Digər istiqrazlar

17,300,865

251

31,086,907

350

3. Repo əməliyyatları

1,071,582,062

675

744,293,566

363

Dövlət istiqrazları üzrə

1,004,990,958

637

391,750,829

303

AMB qiymətli kağızları üzrə

29,942,673

9

345,569,291

49

Korporativ qiymətli kağızlar üzrə

36,648,431

29

6,973,446

11

Cəmi (1+2+3)

7,153,925,633

3,188

10,022,897,272

3,338

  –  o cümlədən: ilkin bazar   

4,304,341,587

689

8,021,590,508

1,086

  –  o cümlədən: təkrar bazar

1,778,001,984

1,824

1,257,013,199

1,889