Bu ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 039 909 092 manat təşkil edib.

APA-Economics”in BFB-yə istinadən verdiyi məlumatam görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 28%, ipoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ticarət həcmində 3,7 dəfə, repo əməliyyatları üzrə isə 3,5 dəfə artıb. 2021-ci ilin oktyabr ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% artaraq 4 259 211 229 manat təşkil edib.

BFB-nin ticarət dövriyyəsinin cədvəli:

Bazarlar / Əməliyyatlar 01.01.2021-31.10.2021 01.01.2021-31.10.2021
Əqdlərin həcmi (manatla) Əqdlərin sayı Əqdlərin orta

günlük** həcmi (manatla)

Əqdlərin

orta günlük sayı

1. Dövlət qiymətli kağızları 6,573,487,417 1,929 33,032,600 9.69
1.1. İlkin bazar 5,613,241,790 1,269 28,207,245 6.38
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 1,419,692,310 515 7,134,132 2.59
ARMB* qiymətli kağızları 4,193,549,481 754 21,073,113 3.79
1.2. Təkrar bazar 960,245,626 660 4,825,355 3.32
Dövlət istiqrazları 817,485,971 636 4,107,970 3.20
ARMB qiymətli kağızları 142,759,655 24 717,385 0.12
2. Korporativ qiymətli kağızlar 418,927,601 3,741 2,105,164 18.80
2.1. İlkin bazar 297,165,143 109 1,493,292 0.55
2.1.1. Səhmlər 6,000,000 3 30,151 0.02
2.1.2. İstiqrazlar 291,165,143 106 1,463,141 0.53
– İpoteka istiqrazları 200,000,000 9 1,005,025 0.05
– Digər istiqrazlar 91,165,143 97 458,116 0.49
2.2. Təkrar bazar 121,762,458 3,632 611,872 18.25
2.2.1. Səhmlər 13,469,489 3,332 67,686 16.74
2.2.2. İstiqrazlar 108,292,970 300 544,186 1.51
– İpoteka istiqrazları 62,909,939 3 316,130 0.02
– Digər istiqrazlar 45,383,031 297 228,055 1.49
3. Repo əməliyyatları 6,047,494,074 3,561 30,389,417 17.89
Dövlət istiqrazları üzrə 5,766,020,531 3,482 28,974,978 17.50
ARMB qiymətli kağızları üzrə 277,877,386 68 1,396,369 0.34
Korporativ qiymətli kağızlar üzrə 3,596,157 11 18,071 0.06
Cəmi (1+2+3) 13,039,909,092 9,231 65,527,181 46.39
– o cümlədən: ilkin bazar 5,910,406,933 1,378 29,700,537 6.92
– o cümlədən: təkrar bazar 1,082,008,084 4,292 5,437,227 21.57
– o cümlədən: repo əməliyyatları 6,047,494,074 3,561 30,389,417 17.89