Bu ilin yanvar-mart aylarında ptən ilin I rübünə nəzərən Bakı Fond Birjasında (BFB) dövlət və korporativ qiymətli kağızların ilkin bazar əməliyyatlarında kəskin aktivlik müşahidə olunub.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində illik müqayisədə 245%-lik, repo əməliyyatları üzrə isə 149% böyümə qeydə alınıb. 2021-ci ilin mart ayının son ticarət günü üzrə BFB-in kapitalizasiyası ilin əvvəlinə nisbətən 7% artaraq 4 162 654 392 manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4 252 172 902 manat təşkil edib. Ümumi ticarət dövriyyəsinin 72%-i dövlət qiymətli kağızlarının payına düşür. Repo əməliyyatları 24,8%-i, korporativ qiymətli kağızlar isə 3,2%-i əhatə edir.

Korporativ qiymətli kağızlar bazarının 5%-i səhmlərin, 95%-i isə istiqrazların payına düşür. Korporativ qiymətli kağızlar bazarının 55%-ni təkrar bazar əməliyyatları, qalan 45%-ni isə ilkin bazar əməliyyatları təşkil edir.