Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun AZ2041008684 ISIN-li, 20 mln. manat həcmində, 23 il (8 280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 010,7499 manat olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln. manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.