Fed-in bu il daha bir dəfə faiz artıracağı ehtimalı, bazarlarda bundan bir neçə gün əvvəl çox aşağı ikən, bu ehtimal yüksəlməyə başlayıb.

Marja” xəbər verir ki, Fed spekulyasiyalarına ən həssas maliyyə vasitələrindən biri olan avro/dollar müqavilələri, bəzi investorların Fed-in 2017-də daha bir dəfə faiz artıracağını gözlədiyini göstərir. Ötən həftə ehtimal 25% idi.

Bazarlarda ehtimalın artmasına, Çin və Böyük Britaniyada güclü çıxan inflyasiya göstəriciləri təkan verib. Bu da qlobal reflyasiya ehtimallarını azaldıb.

 

ABŞ-da Cümə axşamı və Cümə günü açıqlanacaq göstəricilər, Fed-in gələn həftəki toplantısında tonunu dəyişməyə səbəb ola bilər.

Cümə axşamı günü (14 sentyabr) ABŞ-da istehlakçı qiymətləri indeksi (inflyasiya) açıqlanacaqdır. Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq inflyasiyanın avqustda iyula nisbətən 0,3% artacağı gpözlənilir. Baza inflyasiyanın aylıq 0,2%, illik isə 1,6% artacağı gözlənilir. Fedin böyük əhəmiyyət verdiyi baza inflyasiya iyulda illik 1,7% artmışdı.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (Fed) inflyasiyanın aşağı qalması səbəbindən faiz artırmağı təxirə salır. Əgər inflyasiya zəif qalarsa Fed-in Dekabrda faiz artıracağı ehtimalı daha da azalacaqdır. Belə bir vəziyyət Dolları daha da ucuzalşdıra bilər.