Bu həftə investorların izləyəcəyi mühüm hadisələr arasında Yaponiya və ABŞ mərkəzi banklarının iclasları da var. 

 

Marja” xəbər verir ki, Çərşənbə axşamı günü Yaponiya Mərkəzi Bankının (BOJ), Çərşənbə günü isə ABŞ Mərkəzi Bankının (Fed) iclası başa çatacaq. İngiltərə Mərkəzi Bankı (BOE) isə açıqlamasını Cümə günü edəcəkdir.
Bazar iştirakçıları mərkəzi bankların iclaslarını gözləyərkən, bu gün Dolların qiyməti mühüm valyutalar qarşısında kəskin dəyişməyib. Dolların altı mühüm valyutası qarşısındakı dəyərini göstərən Dollar İndeksi (DXY) Cümə günü yüngül geriləmədən sonra həftənin ilk iş günündə 94.700 səviyyəsindədir.

ABŞ-da ötən Cümə günü açıqlanan ikinci rüb iqtisadi artım göstəricisi dolları dəstəkləmədi. ABŞ iqtisadiyyatının cari ilin 2-ci rübündə 4.1 faiz artdığı açıqlandı. Proqnoz 4.2 faiz idi.