Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında 63,74 milyard manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 3 dəfə artım deməkdir. 2023-cü ilin eyni dövründə bu rəqəm 21,8 milyard manat təşkil edib.
“APA-Economics” bu barədə BFB-yə istinadən xəbər verir. Məlumata görə, bu dövriyyənin 98,7%-i və ya 62,9 milyard manatı dövlət və ona bağlı qurumların qiymətli kağızları (Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, ipoteka istiqrazları və onlar ilə repo əməliyyatları) üzrə olub.
Korporativ qiymətli kağızlar (korporativ istiqrazlar və səhmlər) üzrə dövriyyə 847,5 milyon manat təşkil edib ki, bu da cəmi dövriyyənin 1,3%-nə bərabərdir.
BFB-nin dövriyyəsinin kəskin “şişməsi”nə səbəb repo əməliyyatlarının son bir ildə 13,1 milyard manatdan 55,83 milyard manata kimi artmasıdır. Burada isə əsas artım dövlət istiqrazları və korporativ qiymətli kağızlarla bağlıdır. Qeyd edək ki, korporativ qiymətli kağızların dövriyyəsi son bir ildə 281,4 milyon manatdan 32 milyard manata yüksəlib. Bu isə 114 dəfə artım deməkdir.