İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərracı keçirib.

Trend-in məlumatına görə, hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Bu əmlaklardan 2-si kiçik dövlət müəssisəsi, 2-si isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Hacıqabul və Yevlax şəhərlərində yerləşir.

Xidmət tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər üçün seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.