Azərbayan Mərkəzi Bankının investisiya şirkətlərinə qarşı kapital tələblərinə yenidən baxacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev keçirdiyi mətbuat konfrasında bildirib.

“Hazırda kapital tələbi əsas investisiya xidmətlərinin göstərilməsi üçün 300 min manat, yardımçı investisiya xidmətlərinin göstərilməsi üçün isə 75 min manatdır”, deyə o əlavə edib.