Avropa Statistika Ofisinin (Eurostat) ikinci məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində Ümumi Daxili Məhsul, bu ilin üçüncü rübündə ikinci rübə nisbətən 0,6 faiz yüksəlib.

Ötən ilin müvafiq rübünə nisbətən Avro Zonasında Ümumi Daxili Məhsul artımı isə 2,5 faiz olaraq ölçülüb.

Açıqlanan göstəricilər, daha öncə 31 Oktyabrda dərc olunan ilk proqnoz göstəricilərini təsdiq edib.

Sözügedən dövrdə ABŞ-da da Ümumi Daxili Məhsulun 0,7 faiz artım olduğunu ortaya qoymuşdu. Ötən ilin müvafiq rübünə nisbətən isə Ümumi Daxili Məhsul ABŞ-da 2,3% artıb.