Avropa Mərkəzi Bankı (AMB) Cümə axşamı günkü iclasında pul siyasətində dəyişikliyə getmədi. Amma, Sədr Mario Draghi inflyasiyanın yaxşılaşan iqtisadi inkişafa  uyğun olaraq yüksələcəyini gözlədiiklərini bildirib.

 

Marja” xəbər verir ki, Avro, Draghi-nin açıqlamalarından sonra bahalaşaraq təxminən iki ilin ən yüksək səviyyəinə çıxıb. Bankın böyük bir ehtimalla Sentyabr ya da Oktyabr ayında monetar təşviqi azaldılacağını açıqlayacaqdır. Buna görə Avro, daha da bahalaşa bilər.
“Commonwealth Bank of Australia”nın stajlı valyuta və faiz strateqi Piter Kinsella, “Avronun bahalaşması hələ yeni başlayıb. Hər şey Avronun xeyrinədir: Artan sərmayə girişləri, dəyişən valyuta siyasəti, siyasi risklərdə yaxşılaşma” deyib.

Avro/dollar məzənnəsi, Cümə axşamı günkü AMB toplantısının ardından 1.1658 dolları görməsinin ardından Cümə günü Bakı vaxtı ilə 08:58-də dollar qarşısında 1.1629 səviyyəsindən əməliyyat olunub.