Avro Zonasında işsizlik, keçən ilin noyabrda əvvəlki ayla müqayisədə dəyişməyərək 9,8% olaraq reallaşıb.

Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində işsizlik noyabr ayında oktyabr ayı ilə müqayisədə dəyişməyərək 9,8 faiz olub. İşsizlik, noyabr ayında bazarın gözləntisi istiqamətində baş verib.

28 üzvlü Avropa Birliyində (AB) isə işsizlik, noyabr ayında oktyabrdakı 8,4%-dən 8,3%-ə düşüb. AB-nin oktyabra dair işsizlik rəqəmi də 8,3%-dən 8,4%-ə dəyişdirilib.
AB-də işsizlərin sayı noyabrda 20 milyon 429 min olarkən, bunun 15 milyon 898 mini Avro Zonasında yer alıb İşsizlərin sayı, bir əvvəlki ayla müqayisədə AB-də 41 min və Avro Bölgəsində 15 min azalıb. İ.sizlərin sayı 2015-ci ilin Noyabr ayı ilə müqayisədə AB-də 1 milyon 552 min və Avro Bölgəsində 972 min geriləyib.

marja.az