Avro Bölgəsində keçən ay illik inflyasiya 1,1% olmaqla bazar proqnozu istiqamətində açıqlanıb.
Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı son məlumatlara görə, 19 üzvü olan Avro Bölgəsində 2016-cı ilin Dekabr ayında illik inflyasiya 1,1 faiz olaraq ölçülüb. Bazar gözləntisini qarşılayan illik inflyasiya, daha öncə yayımlanmış ilkin göstəricini də təsdiq edib. Regionda dekabr ayında inflyasiya aylıq müqayisədə isə 0,5 faiz yüksəlib.

Vahid valyuta ittifaqında dekabr ayında yekun baza  inflyasiya da gözləntiləri və ilkin göstəricini qarşılayaraq illik 0,9 faiz artıb.

Almaniyada inflyasiya, 2016-ci ilin dekabr ayında əvvəlki aya nisbətən 0,7%, əvvəlki ilin müvafiq ayına nisbətən isə 1,7% artıb.

Bu, 2013-cü ilin  İyul ayından bəri görülən ən yüksək inflyasiyadır..

marja