Bu gün qlobal bazarların diqqəti Almaniyanın Frankfurt şəhərindən gələcək məlumatlarda olacaqdır. “Marja” xəbər verir ki, Mərkəzi ofisi Frankfurt-da yerləşən Avropa Mərkəzi Bankında növbəti pul siyasəti toplantısı keçiriləcəkdir.

 

Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi cari həftə ərzində 1.1583 dollara kimi 1.3% bahalaşdıqdan sonra 0.7% ucuzlaşıb. İnvestAZ İnvestisiya şirkətində bildirilib ki,  ucuzlaşma bu gün Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq, Avropa Mərkəzi Bankının mətbuat konfransı öncəsi investorların ehtiyatlı mövqe seçmələrilə əlaqədardır. Mətbuat konfransı zamanı foreks bazarlarında qiymət dalğalanması daha da güclənə bilər.

Bu gün Avropa Mərkəzi Bankının iclasda faiz dərəcəsini dəyişməyərək 0,00%-də, depozit faizini də – 0,40%-də saxlayacağı gözlənilir. AMB faiz qərarını Bakı vaxtı ilə saat 15:45-də açıqlayacaqdır. Saat 16:30-da isə Avropa Mərkəzi Bankının sədri Mario Draghi bəyanat verərək, sualları cavablandıracaqdır. Bazar Bankın yumuşaq pul siyasətini yavaş-yavaş sərtləşdirəcəyini gözləyir. Əgər Draghi bu gözləntilərə uyğun açıqlamalar verərsə Avro bahalaşa, əks halda isə ucuzlaşa bilər.

 

Zaman Valyuta                                              Hadisə Proqnoz Əvvəlki
                                                                         20 İyul 2017
15:45 EUR  Faiz qərarı 0,00% 0,00%
15:45 EUR  Depozit faizi qərarı -0,40% -0,40%
16:30 EUR  Avropa Mərkəzi Bankının (ECB) Mətbuat Açıqlaması