BANKER.AZ – Yeni sorğu məlumatlarının Rusiyanın Ukraynadakı müharibəsinin təzyiqi altında Avrozona iqtisadiyyatının kiçilməsinə yaxınlaşdığını göstərməsindən sonra avro çərşənbə axşamı dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

Bakı vaxtı ilə 13:50 radələrində 1 avro 1.0281 dollar təşkil edib, bu da gün ərzində 1.34% ucuzlaşma deməkdir. Bu isə 2002-ci ilin 26 dekabrından bu tərəfə ən aşağı göstəricidir.

“İstehsal sektoru artıq iki il ərzində ilk dəfə tənəzzüldədir və xidmət sektoru yaşayış böhranı fonunda nəzərəçarpacaq dərəcədə artım sürətini itirib”, – S&P Global Market Intelligence-in baş biznes iqtisadçısı Chris Williamson bildirib.

“Qeyri-vacib mallara və xidmətlərə ev təsərrüfatlarının xərcləri artan qiymətlər səbəbindən xüsusi təzyiqə məruz qalıb, lakin biznes xərcləri və investisiyalar da daha tutqun perspektivə və monetar şərtlərin sərtləşməsinə cavab olaraq azalır”, deyə o bildirir.

O da qeyd edilir ki, inflyasiyanın davamlı yumşaldılması Avropa Mərkəzi Bankına yay boyu aqressiv şəkildə faiz dərəcələrini artırmaq üçün təzyiqi azaldacaq. Amma bu cari durumda birjaları Mərkəzi Bankın İdarə Heyətinin iyulda 25 baza bəndi, sentyabrda isə 50 baza bəndi  artırmağa ümid bəsləməyə sövq edir.

Hazırda ABŞ dolları əksər valyutalara qarşı bahalaşır. GBP/USD 0.93% azalma ilə 1.1990, AUD/USD 1.15% enişlə 0.6783%-ə düşdüyü halda USD/JPY 0.35% artımla 136.16-a, USD/CHF 0.46% artımla 0.9653-ə və USD/CAD isə 0.63% artımla 1.2939 səviyyəsinə yüksəlib.