ABŞ-ın texnologiya şirkəti Apple-ın bazar dəyəri FTSE 100 İndeksindəki şirkətlərin cəmini aşıb.

Apple şirkətinin bazar dəyəri, Böyük Britaniyanın ən böyük şirkətlərinin yer aldığı FTSE 100 İndeksinin bazar dəyərini keçib. 

Marja xəbər verir ki, iPhone və iMac-ların istehsalçısının səhmləri bu 75% bahalaşıb və keçən ay 2 trilyon dollarlıq (1.48 trilyon sterlinq) bazar dəyərinə çatan ilk ABŞ şirkəti olub. O zamandan bəri birjadakı yüksəlişini davam etdirən şirkət Çərşənbə axşamı günü 2 trilyon 268 milyard dolları (1.69 trilyon sterlinq) görüb.

Digər tərəfdən Böyük Britaniyanın Shell və HSBC kimi qabaqcıl şirkətləri ilin əvvəlindən bu yana cəmi dəyərlərinin az qala dörddə birini itirib. FTSE 100 İndeksi Çərşənbə axşamı günü Mayın ortasından bu yana ən aşağı səviyyəsini görüb. İndeksin cəmi dəyəri 1.5 trilyon sterlinq səviyyəsindədir. 

Çərşənbə axşamı günü qeyd edilən itki qismən güclü sterlinqdən qaynaqlanır. Sterlinq Mart ayındakı ən aşağı səviyyəsindən bəri 18% bahalaşıb. Bu da FTSE 100 İndeksində əhəmiyyətli bir yerə sahib olan ixracatçıların qazanclarına mənfi təsir edir.

Apple-dən Amazona qədər bir çox texnologiya və e-ticarət şirkəti istehlakçıların pandemiyadan qaynaqllanan bağlanmalar əsnasında onlayn xidmətlərə yönəlməsindən müsbət təsirləniblər.