Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Amrahbank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi qərarı alınıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, BFB-nin listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.