Amerika fond bazarında “Dow Jones” indeksi  1,39% – 25 309,99 bəndədək,  “S&P 500” 1,60% – 2 747,30 bəndədək, NASDAQ isə 1,77% – 7 337,39 bəndədək bahalaşıb.

 

“APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,11% – 7 244,41 bəndədək ucuzlaşıb, Almaniya DAX-I  0,18% – 12 483,79 bəndədək, Fransa CAC-40-ı isə 0,15% – 5 317,37 bəndədək bahalaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,40 dollar ucuzlaşaraq 1 330,30 dollara, gümüşün unsiyasının qiyməti 0,09 dollar ucuzlaşaraq 16,55 dollara satılıb.