Avqustun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,57% – 28 653,87 bəndədək, S&P 500 indeksi 0,67% – 3 508,01 bəndədək, Nasdaq indeksi isə 0,60% – 11 695,63 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında avqustun 28-də FTSE 100 indeksi 0,61% – 5 963,57 bəndədək, Fransa CAC-40 indeksi 0,26% – 5 002,94 bəndədək, Almaniya DAX-ı isə 0,48% – 13 033,20 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,09% artaraq 1 969,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,69% artaraq 1,190 dollar təşkil edib.