ABŞ-ın e-ticarət nəhəngi Amazon-un xalis satışı ötən ilin dördüncü rübündə 187,8 milyard dollara yüksəlib, şirkətin xalis mənfəəti isə 20 milyard dollara çatıb.

Amazon 2024-cü ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.

Marja xəbər verir ki, Amazon-un xalis satışı keçən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq 187,8 milyard dollar təşkil edib.

Bazar proqnozu şirkətin bu dövrdə 187,3 milyard dollar xalis satış açılayacağı idi. Şirkətin xalis satışı 2023-cü ilin dördüncü rübündə 170 milyard dollar təşkil etmişdi.

20 milyard dollar xalis mənfəət

Ötən ilin son rübündə Amazon-un xalis mənfəəti də 20 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 10,6 milyard dollar xalis mənfəət əldə etmişdi.

Elektron ticarət nəhənginin səhmbaşına qazancının 2024-cü ilin son rübündə 1,86 dollar olacağı proqnozlaşdırılır. Şirkət 2023-cü ilin eyni dövründə səhm başına 1 dollar mənfəət açıqlamışdı.

Şirkətin xalis satışı tam 2024-cü il ərzində 11% artaraq 638 milyard dollar, eyni dövrdə xalis mənfəəti isə 59,2 milyard dollar olub.

Amazon, bu ilin birinci rübündə 151 milyard dollardan 155,5 milyard dollara qədər xalis satış gözlədiyini bildirib.