Çinin “Alibaba” korporasiyası Avropa ərazisində ilk ümumdünya elektron ticarət platformasını qurmaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Alibaba” bu barədə Belçika federal hökuməti ilə saziş imzalayıb. Şirkət Belçikanın ticarət və investisiya strukturları ilə birgə “Alibaba” elektron ticarət platformasında bu ölkədən yüksək keyfiyyətli məhsulların satışını stimullaşdıracaq.