Bu gün beynəlxalq birjalarda Fransanın “Airbus” şirkətinin səhmlərinin dəyəri 10%-dən çox düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə, bu həftə aviaşirkətin səhmlərinin dəyəri 13,87% enib.

Qeyd edək ki, “Airbus”ın səhmləri ABŞ-ın Avropaya səyahətə qadağa qoymasından sonra kəskin düşüb. Qərara əsasən, martın 13-dən etibarən 30 gün müddətində İngiltərə istisna olmaqla Avropaya səfərlər təxirə salınıb.