Ağ Evin Ticarət məsləhətçisi Peter Navarro Fed-in il sonuna qədər daha çox faiz endirməsi lazım olduğunu söyləyib. 

 

“Marja” xəbər verir ki, Navarro “Fox News”a verdiyi müsahibəsində, “75 və ya 100 bənd endirim Amerikanı dünyanın geri qalanı ilə eyni xəttə gətirər”,- deyib.
ABŞ Prezidenti Donald Tramp da faizin daha çox endiriməsi lazım olduğunu bildirir və Fed-i tez-tez tənqid edir.
İyulun sonunda Fed faizi 25 bənd aşağı salmışdı. Tramp bu faiz endirimindən məyus olduğunu dilə gətirmişdir.