Ən böyük suveren fondlardan olan və aktivləri 230 milyard dollar təşkil edən Abu-Dabi fondu bütün dünya üzrə səhm almağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Abu-Dabi fondu koronavirus pandemiyası səbəbindən bu ilin əvvəlindən qlobal bazarlarda qiyməti kəskin aşağı düşən səhmlərə investisiya qoymaqla bu kimi beynəlxalq əməliyyatlar həyata keçirən digər fond fondların sırasına qoşulacaq.