İqtisadi böhran və koronavirus pandemiyasının yayılması ilə əlaqəli böyük xərclər, ABŞ-ın büdcə kəsirinin rekord 3,8 trilyon dollara və ya ÜDM-un 18,7%-nə çatmasına gətirib çıxaracaqdır.

Banker.az xəbər verir ki, bu barədə CRFB-nin proqnozuna istinadən “Reuters” agentliyi məlumat verib.
Mütəxəssislərin fikrincə, ölkə iqtisadiyyatı böhrandan əvvəlki vəziyyətində 2025-ci ildə qayıdacaq.

Əgər bu baş versə, dövlət borcu ÜDM-un 107%-ni təşkil edəcək ki, bu da İkinci Dünya müharibəsi dövrü ilə müqayisə oluna bilər.
2019-cu ildə ABŞ-ın büdcə kəsiri 984 milyard dollar təşkil edib. “Morgan Stanley” in qiymətləndirmələrinə görə, 2020-ci ildə büdcə kəsiri 3,7 trilyon dollardan çox olacaq.