ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ölkədə Noyabrda istehlakçı qiymətləri indeksi (inflyasiya) illik 2.2% artıb. Bir əvvəlki ay inflyasiya 2.5% olmuşdu.
Proqnoz inflyasiyanın 2.2 olacağı istiqamətində idi. Baza inflyasiya aylıq 0.2%, illik 2.2% təşkil edib.
Sözügedən göstəricilər, inflyasiyanın Fed-in 2%-lik hədəfinə yaxın səviyyədə sabitləşdiyini göstərir.
İqtisadçılar, ABŞ Mərkəzi Bankının gələn il faiz artırmaqda necə bir yol tutacağı barəsində ikiyə bölünmüş vəziyyətdədir. Fed rəsmiləri tez-tez faiz siyasətinin iqtisadi göstəricilərə bağlı olacağını dilə gətirir. Bəzi ekspertlər ABŞ-da iqtisadi artımda yavaşlama və yüksələn faizlərin inflyasiyaya təzyiq yaradacağını bildirir.