ABŞ-da indekslər ötən günü rekord səviyyələrdə bağlayıblar, S&P 500 İndeksi 2013-cü ildən bu yana ən yaxşı illik performansını göstərərək illik 28% artıma yönəlib


 

Bağlanışda Dow Jones indeksi 0,49% artımla 28376,96 bənd, S&P 500 indeksi 0,45% artımla 3205,37 bənd və Nasdaq indeksi telekommunikasiya şirkətlərinin səhmlərinin bahalaşması ilə 0,67% qalxaraq 8887,22  bənd səviyyələrinə yüksəliblər.

 

“Marja” xəbər veri ki, “Dow Jones” indeksi bu il 22% yüksələrək 2017-ci dən bu yana ən yaxşı performansını göstərib, S&P 500 İndeksi isə 2013-cü ildən bu yana ən yaxşı performansı ilə illik 28% qalxıb. Nasdaq İndeksi isə, bu il 34% yüksələrək 2013-dən bu yana ən yaxşı performansını göstərib.

 

ABŞ Əmək Nazirliyi tərəfindən Cümə axşamı günü açıqlanan məlumatlara görə, işsizlik maaşı müraciətləri 14 dekabr həftəsində bir əvvəlki həftə ilə müqayisədə 18 min düşərək 234 min səviyyəsində reallaşıb.

ABŞ Xəzinə naziri Steven Mnuchin, ABŞ və Çin ticarət razılaşmasının texniki  araşdırma mərhələsində olduğunu və Yanvar ayının əvvvəlində açıqlanıb imzalanacağını bildirib.