ABŞ-da gəlir əyrisi tərsinə dönüb və bu durğunluq narahatlıqlarını artırıb.  Birja indeksləri 3%-dən çox geriləyib.   

Bağlanışda Dow Jones indeksi 3,05% düşərək 25479,42 bənd, S&P 500 indeksi  2,93% düşərək 2840,60 bənd, Nasdaq indeksi də 3,02 % azalaraq 7773,94 bənd səviyyələrinə geriləyiblər.

Geo-seyasi gərginliklər və ticarət müharibəsinin sərmayəçilərdə narahatlıq yaratmasına əlavə olaraq ABŞ-da gəlir əyrisinin tərsinə dönməsi qeyri-müəyyənlikləri dərinləşdirərək birjalarda kəskin satışlara səbəb olub.

Fed-in ABŞ iqtisadiyyatının durğunluğa girməsinin qarşısını almaqda yüksək ehtimalla təsirsiz qalacağı bildirilir.

Həftənin əvvəlində ABŞ, Çindən idxal olunan kompyutter, oyuncaq, video oyun konsolları, ayaqqabı, geyim məhsulları və cib telefonu kimi bəzi məhsullara əlavə vergi tətbiq edilməsini 15 Dekabra qədər təxirə salıb. Qərardan dəstək alan qlobal bazarlar durğunluq narahatlıqları ilə satışa keçərək itkinlərini artırıb.

@Marja