Yeni növ koronavirusa yoluxanlar artır və virusun qlobal iqtisadiyyata mənfi təsirinə dair siqnallar gəlir.

 

Marja Bloomberg-ə istinadən xəbər verir ki, strateqlər ABŞ-ın iqtisadi artımının bu il dayanma nöqtəsinə gələ biləcəyini və bəzi ABŞ istiqrazlarının faizlərinin sıfırdan aşağı düşə biləcəyini düşünürlər.

 

Səhmlərin ucuzlaşması və faiz endirimi proqnozları ABŞ istiqrazlarının faizlərini aşağı salır. Çində həftə sonu açıqlanan emalat PMI rekord aşağı səviyyələrə geriləyib. ABŞ-dakı ilk ölüm də daxil olmaqla dünyada koronavirusa yoluxanlar və ölənlər artır.

 

Faizli törəmə məhsullarda əməliyyat aparan treyderlər keçən həftədən bəri Fed-in faizləri il ortasına qədər sıfıra endirməsini gözləyirlər. Bəzi sərmayəçilərin ABŞ iqtisadiyyatında il sonuna qədər azalma gözləyirlər. ABŞ Xəzinə istiqrazları faizlərinin ilk dəfə sıfırdan aşağı düşə biləcəyi söylənir. 

 

“İnvestisiya yatırıla bilər” səviyyədə olan mənfi faizli qlobal istiqrazların həcmi 11 trilyon dollardan yenidən 14 trilyon dolların üzərinə qalxıb.

 

“Goldman Sachs Group”un iqtisadçıları Fed-in bu ay faiz endirəcəyini gözləyirlər.