Rusiyadan olan istifadəçilər üçün iyulun 1-dən NYSE, Nasdaq və ICE birjalarının kotirovkaları, o cümlədən əməliyyatların son qiyməti bağlanacaq. Buna baxmayaraq, rusiyalı investorlar bu birjalarda ticarəti davam etdirə biləcəklər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“NYSE bildirib ki, şirkətə CTA və birja məlumatlarını Rusiyadakı müştərilərə yaymaq qadağandır”, – brokerin mesajında deyilir.