ABŞ-ın əsas fond indeksləri Almaniyada siyasi qeyri-sabitlik ilə əlaqədar olaraq investorların narahatçılığı fonunda cüzi artıb.
“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.
“Dow Jones” sənaye indeksi 0,31% artaraq 23430,33 bəndə çatıb, NASDAQ yüksək texnologiyalı şirkətlər indeksi 6790,71 bəndədək 0,12% artıb, S&P geniş bazar indeksi 0,13% artaraq 2582,14 bəndə çatıb.
Ümumiyyətlə bazar ertəsi ABŞ-da bitən korporativ hesabatlar fonunda hərracların həcmi və Şükran günü münasibətilə cümə axşamı düşən həftəsonu gözləntiləri çox böyük deyil.