“Bravo” şəbəkəsinin daha bir mağazası açıldı.

Banker.az xəbər verir ki, növbəti “Bravo” Supermarket Yasamal rayonu, Xarici dairəvi yolda yerləşən “Zefir Mall”un birinci mərtəbəsində istifadəyə veriləcək.

Onu da qeyd edək ki, bu “Bravo” mağazası 17 dekabrdan etibarən fəaliyyət göstərəcək.

“Bravo” marketlər şəbəkəsi “Azərbaycan Supermarket” MMC-yə məxsusdur.

Hazırda “Bravo”lar hipermarket, supermarket, ekspress formatlarında fəaliyyət göstərirlər.